“Kəpəz”in Keniya millisinin üzvü Conston Omorua bu gün tibbi baxışdan keçəcək
İdmanxeber.az-a verilən məlumata görə, futbolçuda hər hansı bir problem aşkarlanmazsa, onunla rəsmi müqavilə imzalanacaq.
Ancaq 26 yaşlı mərkəz müdafiəçisi sözləşmə bağlanandan sonra klubun düşərgəsini tərk edəcək. Buna səbəb onun Keniya millisinə dəvət almasıdır.
Xatırladaq ki, Keniya yığması DÇ-2026 seçmə mərhələsi çərçivəsində martın 20-də Qambiya, 23-də isə Qabonla üz-üzə gələcək.