RU

Tramp sərhədlər barədə heç nə eşitmək istəmir

ABŞ Prezidenti Donald Trampın komandası Ukraynanın 2014, hətta 2022-ci il sərhədlərinə qayıtması barədə heç nə eşitmək istəmir. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Sky News” xəbər yayıb. Telekanalın müxbiri Aleks Rossinin sözlərinə görə, ABŞ rəsmiləri bu cür bəyanatları şəxsi zəmində verirlər: 

“Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar. 

Lakin ümid var ki, bu danışıqlar başa çatdıqdan sonra atəşkəsin hansı formada olacağını görüb başa düşəcəyik”. Martın 11-də günortadan sonra Ciddədə başlayan danışıqlarda amerikalılar Ukraynanın sülhün bağlanması üçün hansı güzəştlərə getməyə hazır olduğunu görmək istəyirlər. 

Избранный
8
cebheinfo.az

1Источники