RU

“Şamaxı” daha yaxşı yerlər üçün oynamağa qadirdir” - Maykl Tuik

style='margin-bottom:10px;'>

“Şamaxı”nın braziliyalı hücumçusu Maykl Tuikin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 26-cı turunda “Sabah”ı məğlub etdiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Ağır oyun idi. Çünki yaxşı komandaya qarşı oynayırdıq. Əlimizdən gələni etdik, maksimum gücümüzü ortaya qoyduq. Nəticədə də qələbə qazandıq.

- Azarkeşlər sizin oyununuzu bəyəndilər, bunu onların dəstəyindən də hiss etmək mümkün idi. Bəs siz necə, öz çıxışınızdan razı qaldınız?

- Qalib gəlmişiksə, oyunumdan razıyam. Bütün komanda kimi mən də döyüşdüm. Lakin anlayıram ki, qol vurulmalıyam. Çünki mövqeyimə görə bu, çox vacibdir.

- “Şamaxı”ya qış fasiləsində qoşuldunuz. Artıq komandaya tam uyğunlaşa bilmisiniz?

• Adaptasiya prosesim çox yaxşı keçdi. Komandada hər kəslə münasibətim yaxşıdır. Həmçinin Şamaxıda insanlar da çox qonaqpərvərdirlər. Burada özümü evdəki kimi hiss edirəm.

- Son 2 turda “Şamaxı” 6 xal topladı. Artıq Premyer Liqadan düşmək təhlükəsindən uzaqlaşdığınızı söyləmək olar?

- Bu iki qələbə bizə çox motivasiya verdi. Həm də göstərdik ki, “Şamaxı” liqada qalmaq yox, daha yaxşı yerlər uğrunda mübarizə aparmağa qadirdir.

- Qarşıdakı turda daha bir iddialı komanda – “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- “Araz-Naxçıvan”ın oyununu izləmişəm. Rəqib haqda məlumatım var. Bilirəm ki, çox yaxşı komandadırlar. Buna baxmayaraq, hər zamankı kimi qarşıdakı matça ciddi hazırlaşacağıq və bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.

Избранный
22
teleqraf.com

1Источники