RU

Trampın nümayəndəsi ABŞ-Ukrayna sammitindən sonra Putinlə görüşəcək

"American Axios" xəbər platforması məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verib ki, Vitkoff Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədi daşıyan Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna sammitindən sonra Putinlə görüşmək üçün Rusiyanın paytaxtı Moskvaya gedəcək.

Turkustan.az xəbər verir ki, platformanın xəbər mənbələrinə görə, dünən ABŞ-ın Mayami şəhərindən ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabiyə yollanan Vitkoffun həftə ərzində BƏƏ prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşməsi gözlənilir.

Vitkoffun daha sonra Qətər paytaxtı Dohaya gedərək Qətər və Misir rəsmiləri ilə Qəzzada mümkün yeni atəşkəs razılaşması ilə bağlı danışıqlar aparmaq və səfər zamanı Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşəcəyi gözlənilir.

Axios xəbər verir ki, Vitkoff martın 13-də Moskvaya gedərək Rusiya prezidenti Putinlə görüşə bilər.

Bildirilib ki, Vitkoffun səyahət planı Qətərdəki danışıqların vəziyyətindən və Putinin qrafikindən asılı olaraq dəyişə bilər.

Maraqlıdır ki, Vitkoff və Putin arasında mümkün görüş Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədi daşıyan ABŞ və Ukrayna rəsmilərinin Səudiyyə Ərəbistanında keçiriləcək sammitinə təsadüf edəcək.

Aytən Yaşar/ Turkustan.az

Избранный
18
turkustan.az

1Источники