1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Yel çərşənbəsidir.
Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə" kimi də tanınır.
Oğuz rayonunda Yel çərşənbəsi xüsusi olaraq qeyd olunur.
Novruz adətlərindən danışan sakinlər deyirlər ki, bayramda ev-eşik təmizlənir, həmçinin buğda qovurulur, milli şirniyyatlarımız hazırlanır.
"Nənələrimiz bayramda üçqulaq şirniyyatını bişirirdilər. Mən də öz nənəmdən öyrənmişəm. Yuxa xəmirini yoğurub içərisini qoz və şəkərdən hazırladığımız içliklə doldururuq. Bu şirniyyatı bükmək də çox maraqlıdır. Yeni gəlinlər bunu etməyi qaynanalarından öyrənirlər. Xəmiri bərk bükmək lazımdır, çünki içindəki şəkər əriyib axanda yaxşı qızarmır. Bükdükdən sonra isə yağda qızardırıq", - deyə Oğuz sakini Natəvan Məmmədova bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: