RU

"Azcake"ə məxsus mağazanın vitrinində tarakan gəzişir - VİDEO

“Azcake" MMC-yə məxsus şirniyyat mağazalarının birində çəkilən görüntülər müştərilərin etirazına səbəb olub.

 

Pravda.az xəbər verir ki, videoda tort satılan vitrində tarakan olduğu açıq-aşkar görünür.

 

Belə bir anti-sanitar vəziyyətə görə “Azcake” mağazalar şəbəkəsinin rəhbərliyi sosial şəbəkələrdə tənqid edilib.

 

Şirkətdən Pravda.az-a verilən açıqlamada bildirilib ki, görüntülrdən xəbərdardırlar:  “Videonun hansı filialda olduğu araşdırılır. Məlum olduqdan sonra tədbir görüləcək”.

 

Həmin görüntüləri təqdim edirik.

 

Aytəkin Qardaşova

 

Tarix: 11 Mart 2025, 17:44   
Избранный
19
3
pravda.az

4Источники