Ermənistan hakimiyyəti xarici auditoriyaya ünvanlanmış sülhə hazır olduqlarını bildirən bəyanatlarına baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Caliber.az yazıb. Bildirilir ki, rəsmi İrəvanın son addımlarının məntiqi – revanşist əhval-ruhiyyənin güclənməsi və sürətli militarizasiya prosesi – bölgənin Ermənistan tərəfindən təxribat törədilmiş yeni müharibə astanasında olduğunu göstərir: “Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlığını gizlətmir – belə ki, keçən həftə hökumət iclasında elan edilib ki, 1 aprel – 13 iyun tarixləri arasında ölkədə ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək.