
“Ulusum”.az Bild nəşrinə istinadən yazır ki, Frankfurtda fentanil tərkibli narkotiklərin geniş yayılması səbəbindən narkotik böhranı baş verib.Jurnalistlər qeyd edir ki, şəhərdə qadağan edilmiş maddələrə qarşı yönəlmiş yerli siyasət nəzarətdən çıxıb və bu, hakimiyyət orqanlarının fikrincə, tam bir epidemiyaya çevrilib.Məqalədə bildirilir ki, şəhər sakinlərinin yarısından çoxu fentanil istifadə etməyə başlayıb. Maddənin yayılmasına qarşı mübarizə aparmaq üçün bir konfrans təşkil edilməsi və xarici mütəxəssislərdən yardım almaq planlaşdırılır.Qeyd edək ki, fentanil sintetik opioiddir. Mütəxəssislərin sözlərinə görə, bu maddə heroindən 50 dəfə güclüdür və eyni şəkildə güclü asılılığa səbəb olur.
Diqqət Çəkənlər
Fələstinli fəalın deportasiyasına qarşı hakim əmr verdi
ABŞ və Ukrayna danışıqları başladı
Prezidentlərin təkbətək görüşü başladı