Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) tənqid edib. O, bu təşkilatın Ukraynadakı münaqişənin qarşısının alınmasında fəaliyyətsiz olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Peskov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun Moskvaya səfəri fonunda jurnalistlərlə söhbətində bildirib: “Təşkilatın belə imkanı olsa da, xüsusi hərbi əməliyyata səbəb olan şəraitin qarşısının alınmasında heç bir rol oynamadı”.
O deyib: “Təşkilatın böyük problemləri var. ATƏT xüsusi hərbi əməliyyat üçün şəraitin formalaşmasının qarşısını almaqda heç bir rol oynamadı, baxmayaraq ki, bunu edə bilərdi”.