RU

Hotellər istirahəti qəbul etmir: Tətil üçün yer qalmayıb? - AÇIQLAMA

Novruzun gəlişi ilə təbiət yenidən canlanır, insanlar isə uzun qış mövsümünün yorğunluğunu atmaq üçün şəhərin səs-küyündən uzaqlaşmağa can atırlar. Bayram ərəfəsində qeyri-iş günlərinin ardıcıl olması isə bu istəyi daha da gücləndirir. Bəs paytaxt sakinlərinin istirahət üçün üz tutduğu regionlarda hotellər necə, qiymətlərdə artım varmı? 

Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan Restoranlar və Otellər Assosiasiyasının rəhbəri Samir Dübəndi bildirib ki, hər il olduğu kimi və ənənəvi uzun sürən istirahət günlərində insanlar, xüsusən şəhər sakinləri əyalətə, təbiət guşələrinə üz tutaraq öz istirahətlərini planlayırlar.

Onun sözlərinə görə, hazırda regional beş ulduzlu hotellərin bəziləri istirahət günlərinə artıq satışlarını saxlayıblar:

“Bu o deməkdir ki, bu kimi xidmətlərə tələbat təklifləri üstəliyib. Digər yerləşdirmə vasitələrində, kiçik kateqoriyalı hotellər, kotteclər, istirahət mərkəzləri, A-frame və sair təkliflərdə müxtəlif təlabatı müşahidə edirik və müxtəlif qiymətlər təklif edilirlər. Bəzi regionlar, maqistral yolun çəkilməsilə əlaqədar olaraq geridə qalırlar, yəni həmin rayonlara tələbat düşüb. Beş ulduzlu hotellərin qiymət təklifləri 2 nəfərlik otaq üçün 275-450 manat arası dəyişir.

Turizm fəaliyyətlərinə qatılmaq arzusunda olan əhaliyə öncədən səfərlərini planlamaqlarını tövsiyyə edərdim. Bu halda həm daha geniş çeşidli təkliflər, həm də müxtəlif qiymətlər seçimi olur”.

Şahnaz

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
77
27
Demokratikmusavat.com

10Источники