Bakı. Trend:
Ötən il Azərbaycandan Hindistana 1,2 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda neft ixracından əldə olunan gəlir 730milyon ABŞ dolları olub.
Hindistana bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsullarının ixracı əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 850min ton və ya 42,3%, dəyər ifadəsi ilə 497 milyon ABŞ dolları,yaxud da 35,2% azdır.
Belə ki, 2023-cü ildə Azərbaycandan Hindistana ixrac edilənbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarınınmiqdarı 2,05 milyon ton, dəyəri isə 1,2 milyard ABŞ dolları təşkiledib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycandan xarici ölkələrə 23,6milyon ton miqdarında, 14,4 milyard ABŞ dolları dəyərində bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları satılıb.