RU

Ermənilər də BRİKS-ə üzv olmaq istəyir

Ermənistan BRİKS-də müşahidəçi statusu almaqda maraqlıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan WION qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ermənistan bu beynəlxalq təşkilatda iştirak etmək üçün səylərini davam etdirir.

“Biz artıq BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının işində iştirak edirik. Biz BRİKS-də müşahidəçi statusu almaqda və bu formatın regionumuz üçün hansı üstünlük və imkanlar verə biləcəyini öyrənməkdə maraqlıyıq”, – Mirzoyan qeyd edib.

Yada salaq ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Avropa İttifaqına inteqrasiyaya can atır.

Rəsmiyyə Şərifova

KONKRET.az

Избранный
25
konkret.az

1Источники