RU

Bu televiziya kanalı bağlanır



Qazaxıstanda televiziya kanalı bağlanır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, “EL ARNA” və “Xəbər” telekanallarının birləşdirilməsi ilə bağlı strateji qərar qəbul edilib. Bu barədə mədəniyyət və informasiya naziri Aida Balayeva məlumat verib.

Bildirilib ki, bu addım, ilk növbədə, yerli televiziya şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırmaq və Qazaxıstan məzmunlu auditoriyanı genişləndirmək məqsədi daşıyır. "EL ARNA" və "Xəbər" telekanallarının birləşməsi 2025-ci il mayın 1-dək başa çatacaq. "EL ARNA"dan bütün proqramlar "Xəbər" kanalında yayımlanacaq.

Balayevanın sözlərinə görə, “EL ARNA” telekanalı yerli bədii və sənədli filmlərin, teleserialların, o cümlədən mədəni-maarifləndirici verilişlərin yayımı platforması kimi mühüm missiyanı yerinə yetirib. Bu kanal milli kinematoqrafiyanın və televiziyanın inkişafına böyük töhfələr verib.
Nazir telekanalın kollektivinə uzun illər əməyinə, peşəkarlığına, yerli media məkanının inkişafına verdiyi töhfələrə görə təşəkkür edib.

Anar Əliyev
Избранный
27
newscenter.az

1Источники