Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra ABŞ Prezidenti Donald Tramp Kiyev administrasiyasına hərbi və kəşfiyyat yardımını dərhal yenidən başlamaq barədə göstəriş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Vals keçirdiyi mətbuat konfransında açıqlayıb.
"Prezident Tramp Ukraynaya təhlükəsizlik yardımının dayandırılmasını dərhal ləğv etmək qərarına gəlib.
Onlar konkret addımlar atıb, təkliflər irəli sürüblər, nəinki bizim tam atəşkəs təklifimizi qəbul etmək. Bu müharibəni necə bitirmək barədə də ətraflı danışdıq. Prezident Tramp açıq şəkildə bildirib ki, bütün döyüşlər dayandırılmalıdır. İndi biz bunu ruslara çatdıracağıq və onların cavabını alacağıq", - deyə Valts bildirib.
Milli.Az