Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.
Daha erkən başlayan oyunda “Barselona” səfərdə məğlub etdiyi “Benfika”nı evdə də yenərək ilk 1/4 finalçı olub.
“Feyenoord”la qarşılaşan “İnter” də qonaq qismində üstələdiyi rəqibinə Milanda da şans veməyib.
“Bayern Münhen” evdə darmadağın etdiyi “Bayer Leverkuzen”lə səfər oyunundan da qalib ayrılıb.
Parisdəki ilk oyunda "Liverpul"a 0:1 hesabı ilə uduzan PSJ İngiltərədə ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda qol vurulmadığı üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Fransa komandası 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/8 finalın daha 4 cavab matçı sabah oynanılacaq.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
11 mart
“Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1
Qollar: Rafinya, 11; 42. Yamal, 27 – Otamendi, 13.
İlk oyun – 1:0.
“Liverpul” (İngiltərə) – PSJ (Fransa) 0:1 (penaltilər 1:4)
Qol: Dembele, 12.
İlk oyun – 1:0.
“İnter” (İtaliya) – “Feyenoord” (Niderland) 2:1
Qollar: M.Türam, 8. H.Çalhanoğlu, 51-pen – Moder, 42-pen.
İlk oyun – 2:0.
“Bayer Münhen” (Almaniya) – “Bayern Leverkuzen” (Almaniya) 0:2
Qollar: Keyn, 52. A.Deyvis, 71.
İlk oyun – 0:3.