UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. SİA xəbər verir ki, azarkeşlər dörd qarşılaşmaya şahidlik ediblər. Portuqaliyadakı ilk matçda “Benfika”nı 1:0 hesabı ilə məğlub edən “Barselona” bu dəfə Lissabon təmsilçisini doğma meydanda sınağa çəkib. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayıb.
Maraqla gözlənilən digər görüş isə İngiltərədə reallaşıb. Burada “Liverpul” Fransanın PSJ klubunu qəbul edib. Komandalar arasında Parisdə keçirilmiş ilk görüş ingilislərin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qarşılaşma gecə saat 00:00-da başlayıb.
UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları
11 mart
21:45. “Barselona” (İspaniya) 3-1 “Benfika” (Portuqaliya)
İlk oyun - 1:0.
00:00. “Liverpul” (İngiltərə) 1-4 PSJ (Fransa)-penaltilər
İlk oyun - 1:0.
00:00. “İnter” (İtaliya) 2-1 “Feyenoord” (Niderland)
İlk oyun - 2:0.
00:00. “Bayer” (Leverkuzen, Almaniya) 0-2 “Bavariya” (Almaniya)
İlk oyun - 0:3.
Qeyd edək ki, bu raundun digər oyunları martın 12-də keçiriləcək.