RU

Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib edilir

Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 6 nömrəli əlavə) tərtib edilərkən 1-11-ci qrafalarda ərizəçi haqqında məlumatlar onun təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənədə və doğumu haqqında akt qeydinə uyğun olaraq aşağıdakı qaydada göstərilir:

– 1-3-cü qrafalarda müvafiq olaraq ərizəçinin dəyişənədək və dəyişəndən sonra soyadı, adı, atasının adı yazılır.

– 4-cü qrafada doğulduğu gün, ay, il, 5-ci qrafada doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) və doğum haqqında akt qeydinin tarixi, nömrəsi, doğumu qeydə alan orqanının adı göstərilir.

– 6-cı qrafada ərizəçinin milliyyəti, 6.1-ci qrafada vətəndaşlığı qeyd olunur.

– 7-ci qrafada iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Ərizəçi işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.

– 8-ci qrafada yaşayış yerinin ünvanı (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) qeyd olunur.

Избранный
16
heftelik.az

1Источники