Binalar, tikililər, qurğuların, avadanlıqlar və digər əsas vəsaitlərin il ərzində mədaxil göstəricisi ilə əlavənin “Kapitallaşdırma üçün aktivlər” sətrinin “Təqdim edilmişdir” və “Silinmişdir” sütünlarındakı göstəricilərin cəmi ilə üzləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin “Əsas vəsaitlərin dəyəri” sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda göstərilmiş məlumatların müvafiq təsdiqedici sənədlər (elektron alış aktı, elektron qaimə-faktura, yük gömrük bəyannaməsi və ya əsas vəsaitin qiymətləndirilməsi barədə audit rəyi) əsasında əks olunması araşdırılmalıdır.