RU

Beyləqanda Yel çərşənbəsi qeyd olunub - Foto

Beyləqanda Yel çərşənbəsi qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə rayonun Mədəniyyət və İstirahət parkında novruzun üçüncü müjdəçisi olan Yel çərşənbəsi münasibətilə bayram tədbiri keçirilib. 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, aparatın məsul şəxsləri, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Beyləqan rayon Gənclər İdman Sektorunun idmançılarının çıxışları, Dədə Qorqud və Bahar qızın qonaqları salamlaması ilə başlayan tədbirdə, iştirakçılar ilk öncə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsm işlərindən ibarət sərgi ilə tanış olub və mədəniyyət müəssisələrinin hazırladıqları, tarixi və novruz adət-ənənələrimizə aid guşələrə baxış keçirib.  

Tədbirin bədii hissəsində Beyləqan rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının, mərkəzin Türklər qəsəbə Folklor klubunun “Yaylalar” rəqs qrupunun və Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin hazırladığı rəngarəng rəqslər və şən musiqilər təqdim olunub.








Избранный
13
1
qafqazinfo.az

2Источники