RU

"Moldovada QHT-lər arasında əməkdaşlıq məsələlərini müzakirə etdik" - İlqar Hüseynli / FOTOLAR

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, bir qrup Azərbaycan Vətəndaş Cəmiyyəti lideri işgüzar səfər çərçivəsində Moldovanın paytaxtı Kişinyovda görüşlər keçirir.

QHT.az xəbər verir ki, İctimai Birliyin sədri qeyd edib ki, səfər zamanı nümayəndə heyəti ölkənin qabaqcıl ekoloji təşkilatları və dövlət qurumlarının həyata keçirdiyi layihələrlə tanış olur:

"Martın 11-də Moldova Respublikasının Ekologiya Nazirinin müavini Qriqoriy Startulat və "Ekovisio" təşkilatının rəhbər heyəti ilə görüşlər keçirilib. Müzakirələr zamanı ekoloji təşəbbüslərlə yanaşı, QHT-lər arasında əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub".

Qeyd edək ki, mübadilə proqramı 14 mart tarixinədək davam edəcək.

 

Pərvanə Fərhadqızı

Избранный
6
qht.az

1Источники