RU

Gəncədə qanunsuz qum-çınqıl daşıyanlar cərimələndi

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a bildirilib.

Məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Избранный
7
4
avtosfer.az

4Источники