RU

Goranboyda Yel çərşənbəsi qeyd edilib - FOTOLAR

Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Nərimanlı kəndində Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində, Yel çərşənbəsi bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

İcra başçısı tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sağlığı, bol ruzi və  sülh-əmin-amanlıq arzulayıb. Tədbirdə rayonunun mədəniyyət işçilərinin  və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edilib, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirilib. 

Избранный
11
unikal.az

1Источники