RU

SOCAR-ın Kulevi terminalında neft məhsulları üçün 4 ədəd çən tikiləcək (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan dövlət neft şirkətinin (SOCAR) Kulevi terminalındaneft məhsulları üçün 4 ədəd çənin tikintisi nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq SOCAR-danbildiriblər.

"Terminalda neft və neft məhsulları üçün əlavə 4 ədəd 20 000 m3rezervuarların inşası ilə bağlı EPC (Mühəndislik, Satınalma vəTikinti) təklifləri alınmış və hazırda texniki qiymətləndirməmərhələsindədir", - deyə şirkətdən bildiriblər.

Bundan əlavə, qeyd olunub ki, 2024-cü il ərzində Kulevi neftterminalı vasitəsilə ümumilikdə 2,5 milyon ton yük aşırılıb.

"Bu göstəricinin 0,95 milyon tonu Azərbaycan mənşəli, 1,55milyon tonu isə tranzit yüklər təşkil edib. Müqayisə üçün, 2023-cüilin eyni dövründə terminal vasitəsilə aşırılmış yük 2,16 milyonton olub. Beləliklə, 2024-cü ildə 2023-cü illə müqayisədə yükhəcmində 349 min ton artım olub", - deyə SOCAR-dan bildiriblər.

Qeyd edək ki, SOCAR-ın idarə etdiyi Kulevi Terminalı və DənizLimanı 16 may 2008-ci il tarixindən fəaliyyətə başlamışdır.

Terminal karbohidrogenlərin və neft-kimya məhsullarınındaşınması üçün nəzərdə tutulub. Göstərilən xidmətlərə dəmir yoluilə karbohidrogenlərin və neft-kimya məhsullarının qəbulu, çənlərədaşınması, saxlanması, dəniz gəmilərinə yüklənməsi və limanqurğularının istismarı daxildir.

X: @Lyaman_Zeyn

Избранный
13
2
az.trend.az

3Источники