UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
İlk oyun günündə 4 matç baş tutub.
“Barselona” evdə “Benfika”nı qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Kataloniya təmsilçisi Çempionlar Liqasının 1/4 final mərhələsinə adlayan ilk komanda olub.
Mərhələnin ən gərgin oyunu “Liverpul”la PSJ arasında baş tutub. Qarşılaşmanın əsas hissəsi PSJ-nin 1:0 hesablı qələbəsi ilə bitib. Lakin ilk oyun "Liverpul"un eyni hesablı qələbəsi ilə başa çatdığından komandalar 30 dəqiqəlik əlavə vaxt oynayıblar. Qalib yenə müəyyənləşmədiyindən matçın ən güclüsünü penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Penaltilər seriyasında PSJ daha dəqiq olub - 4:1.
“İnter” “Feyenoord”la mübarizədən qalib ayrılıb – 2:1. “Bavariya” isə “Bayer 04”ün qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
11 mart
“Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) 3:1
İlk oyun - 1:0.
12 mart
“Liverpul” (İngiltərə) - PSJ (Fransa) 0:1 (penaltilər seriyasında 1:4)
İlk oyun - 1:0.
“İnter” (İtaliya) - “Feyenoord” (Niderland) 2:1
İlk oyun - 2:0.
“Bayer 04” (Almaniya) - “Bavariya” (Almaniya) 0:2
İlk oyun - 0:3.
Qeyd edək ki, 1/8 finalın digər dörd cavab matçı bu gün keçiriləcək.