RU

Dalay Lamanın varislik bəyanatı Pekini qəzəbləndirdi

Yazını böyüt
Yazını kiçilt

Tibet Buddizminin ruhani lideri, 14-cü Dalay Lama Tenzin Qyatso, varisinin Çin sərhədlərindən kənarda "azad dünyada" doğulacağını söyləyib. O, "Səssizlərin səsi" kitabında yazır ki, bütün dünyada tibetlilər Dalay Lamanın nəslinin davam etməsini istəyirlər.

Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, 89 yaşlı Qyatso daha əvvəl demişdi ki, o, sonuncu Dalay Lama ola bilər. O, daha əvvəl demişdi ki, Dalay Lama Tibetdən kənarda, sürgündə yaşadığı Hindistanda reinkarnasiya oluna bilər.

Dalay Lama kitabında 90 yaşı tamam olacaq iyul ayında varislik məsələsi ilə bağlı daha ətraflı açıqlama verəcəyini də bildirir.

Çin administrasiyası Dalay Lamanın açıqlamalarına reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Qyatsonun "Tibet xalqını təmsil etmək hüququna malik olmadığını" deyib. Mao, Dalay Lamanın varisinin Pekin tərəfindən müəyyən ediləcəyini bildirib.

Himalay dağlarının şimalında yerləşən 2,5 milyon kvadratkilometrlik Tibet yaylası dəniz səviyyəsindən orta hesabla 4380 metr yüksəklikdə olan "dünyanın damı" kimi tanınır.

Tarix boyu yarı köçəri Tibet xalqının yaşadığı bölgə 1951-ci ildə imzalanan 17 Maddəli Müqavilə ilə Çinin suverenliyinə keçib. Pekin administrasiyası bunu "Tibetin sülh yolu ilə azad edilməsi" adlandırıb.

Qyatso 1950-ci ildən 14-cü Dalay Lama vəzifəsində çalışır. Tibetdə doğulan Qyatso iki yaşındaykən 13-cü Dalay Lamanın reenkarnasiyası hesab olunurdu.

1959-cu ildə Tibetdə Çin hakimiyyətinə qarşı uğursuz üsyandan sonra 23 yaşında Hindistana qaçan Nobel Sülh Mükafatlı ruhani lider o vaxtdan bəri “Sürgündəki Tibet Hökumətinin” mərkəzi olan Daramşala bölgəsində yaşayır.

Çin bu administrasiyanı tanımır, Dalay Lamanı "separatçı" adlandırır və 2010-cu ildən bəri onun nümayəndələri ilə əlaqə saxlamır.

Избранный
3
hafta.az

1Источники