Çempionlar Liqası: "Atletiko" "Real"la cavab oyununa çıxır
Bu gün UEFA Çempionlar Liqasında 1/8 mərhələsinə yekun vurulacaq.
aia.az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçiriləcək.
İspaniya klublarının duelində “Atletiko Madird” doğma meydanda “Real Madrid”i, “Arsenal” (İngiltərə) isə PSV-ni (Niderland) qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə gecə 00:00-da başlayacaq.