Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Bu barədə Demokratikmusavat.com -a AHF-nin mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.