RU

Flik Rafinyanın “Qızıl top”u qazanacağına inanır

“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın brazilyalı hücumçusu Rafinyanın “Qızıl top”u qazanmaq imkanları ilə bağlı sualı cavablayıb.

Arena.az alman mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Əlbəttə, onun belə bir imkanı var. Əgər o, bu mövsümdə yaxşı performans göstərməyə davam etsə, onun fürsəti yarana bilər. O, bizə həmişə kömək edir”, deyə Flik vurğulayb.

Xatırldaq ki, “Barselona”nın cari mövsümdəki uğurlu çıxışında əsas pay sahiblərindən olan Rafinya ötən gecə komandasının UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanmasına da ciddi töhfə verib. 28 yaşlı futbolçu doğma meydanda qarşılaşdıqları “Benfika” üzərində qələbədə 2 qol və 1 məhsuldar ötürmə ilə pay sahibi olub. Səfərdəki ilk oyunda da 1:0 hesabıyla qalib gəlmiş Kataloniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 41 oyun keçirib, 27 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 128 oyun, 47 qol və 44 məhsuldar ötürmədən ibarətdir.

Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Избранный
13
arena.az

1Источники