RU

Rusiya və Amerika kəşfiyyat rəhbərləri razılığa gəldi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX - SVR) direktoru Sergey Narışkin və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ - CIA) direktoru Con Ratkliff telefon danışığı aparıb və müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər.

Yenisabah.az xəbər verir ki, söhbət zamanı iki xüsusi xidmət orqanının ümumi maraq kəsb edən sahələrdə qarşılıqlı fəaliyyəti və böhranlı vəziyyətlərin həlli məsələləri müzakirə olunub.

Tərəflər beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, habelə Moskva ilə Vaşinqton arasında münasibətlərdə qarşıdurmanın azaldılmasına kömək etmək məqsədi ilə SVR və MKİ direktorları arasında müntəzəm təmasların davam etdirilməsi barədə razılığa gəlib.


Telegram kanalımız
Избранный
36
6
yenisabah.az

10Источники