RU

Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Lüksemburq yığması ilə qarşılaşacaq.

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.

Operativ Media xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Bolqarıstan və Malta seçmələri üz-üzə gələcəklər.

Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.

12 mart

Azərbaycan (U-17, Qadınlar) – Lüksemburq (U-17, Qadınlar)

Bayıl stadionu. Saat 16:00

Baş hakim: Eglantina Pjetrushaj (Albaniya)

Baş hakimin köməkçiləri: Erinda Kume (Albaniya), Sopo Tsulaia (Gürcüstan)

Dördüncü hakim: Mzevinari Sharashanidze (Gürcüstan)

Избранный
6
1
operativmedia.az

2Источники