RU

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib

Məhkəmə Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qərar bir neçə dəqiqə əvvəl Tbilisi Şəhər Məhkəməsində qəbul edilib. Hakim Badri Koçlamazaşvili Saakaşvilinin 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.

İclasda Saakaşvili ilə yanaşı Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Teymuraz Canaşiyaya qarşı iş üzrə irəli sürülmüş ittiham dəyişdirilib və o, 300 min lari cərimələnib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər iclasda iştirak etməyiblər. Saakaşvili və Canaşiya iş üzrə özlərini təqsirli bilmirlər.

Poliqon.info

Избранный
57
4
poliqon.info

5Источники