RU

“Vəzifəyə dayı, cibindəki pul kriteriyası ilə gəlirlər” deyən Afaq Bəşirqızına digər Xalq artisti də dəstək verdi: “Aktyorların qoruyucu mələyidir”

Xalq artisti Naibə Allahverdiyeva həmkarı Afaq Bəşirqızının “Qapqara” verilişində qalmaqal yaradan “(İncəsənət aləmində - red)Vəzifəyə əmi, dayı, cibindəki pul kriteriyası ilə gəlirlər. Bunu hamımız bilirik, sadəcə qeyrətimiz yoxdur ki, açıb deyək. Korrupsiyanın qarşısını almaq qeyri-mümkündür” açıqlamasına münasibət bildirib.

 

N.Allahverdiyeva Pravda.az açıqlamasında deyib ki, Afaq Bəşirqızına halal olsun.

 

“Halal olsun Afaq xanıma, kişi qeyrətli bir xanım və sənətkardır! Hər zaman mərd-mərdanə sözünü deyən, aktyorların müdafiəçisi, sanki qoruyucu mələyidir. Bəli, görkəmli sənətkar olmaq olar, amma şəxsiyyət olmaq hər insana xas olan xüsusiyyət deyil. Allah Afaq xanıma cansağlığı versin”, - N.Allahverdiyeva bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 12 Mart 2025, 11:07   
Избранный
7
1
pravda.az

2Источники