Afaq Bəşirqızına halal olsun.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Naibə Allahverdiyeva deyib.
O, Afaq Bəşirqızının “Qapqara” verilişində qalmaqal yaradan sözlərinə münasibət bildirib.
Xatırladaq ki, Xalq artisti deyib: “İncəsənət aləmində vəzifəyə əmi, dayı, cibində pul kriteriyası ilə gəlirlər. Bunu hamımız bilirik, sadəcə qeyrətimiz yoxdur ki, açıb deyək. Korrupsiyanın qarşısını almaq qeyri-mümkündür”.
“Halal olsun Afaq xanıma, kişi qeyrətli xanım və sənətkardır! Hər zaman mərd-mərdanə sözünü deyən, aktyorların müdafiəçisi, sanki qoruyucu mələyidir.
Bəli, görkəmli sənətkar olmaq olar, amma şəxsiyyət olmaq hər insana xas olan xüsusiyyət deyil. Allah Afaq xanıma cansağlığı versin”, - deyə Naibə Allahverdiyeva qeyd edib.
Telegram kanalımız