RU

Rusiya ballistik raket atdı - Suriyalılar həlak oldular

Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Rusiya hərbçiləri martın 11-də, axşam saatlarında Odessa limanına ballistik raket zərbəsi endiriblər. Zərbə nəticəsində mülki gəmi zədələnib, 4 nəfər əcnəbi həlak olub. Həlak olanların dördü də Suriya vətəndaşıdır.  Zərbə nəticəsində 2 nəfər yaralanıb. 

Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper "Teleqram" kanalında məlumat verib. 

Məlumatda deyilir: "Dünən (martın 11-də) axşam Rusiya Odessadakı limana zərbə endirib. Ballistik raket Barbados bayrağı altında üzən "MJ PINA" gəmisini zədələyib. Təəəssüf ki, dörd vətəndaş həlak olub - onlar Suriya vətəndaşıdırlar. Ən kiçiyinin 18, ən böyüyünün 24 yaşı olub. Daha iki nəfər - ukraynalı ilə suriyalı yaralanıblar. Zərbə zamanı Əlcəzairə ixrac üçün gəmiyə buğda yüklənirdi. Qətiyyən hərbi gəmi deyildi".

Həmçinin, zərbə nəticəsində daha bir gəmi, buğda anbarı, bərələr zədələnib.

Hürr Tərcüman

 

Избранный
12
hurriyyet.az

1Источники