Bu ilin yanvar-fevral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 545 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat yayıb.
Həmin şəxslərdən 523-ü kişi, 22-si qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 17 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan 8-i İran, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Telegram kanalımız