Dayanma-durma qaydasını pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 26-da, paytaxtın Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Belə ki, "Porsche" və "Mitsubishi" markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq velosiped zolağında park ediblər.
Qeyd edək ki, velosiped zolaqlarında dayanma-durmaya görə, İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsilə 2 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid