RU

Bu gün bürclər nə yaşayacaq?

Bu gün bürclərə məsuliyyətli olmaq tövsiyə edilir. Sağlamlıq problemlərinizə diqqət etməyiniz məsləhətdir.

 

Sfera.az günlük bürc qoroskopunu təqdim edir. 

 

Qoç

Bu gün gələcək arzularınızla bağlı hərəkətə keçmək istəyə bilərsiniz. Səhər saatlarında reaksiyalarınızı idarə etməyə çalışmalısınız. Qəfil çıxışlarınız mübahisələrə səbəb ola bilər. Dostlarınızla vaxt keçirmək üçün planlar qura bilərsiniz. 

 

Buğa

 

Bu gün iş həyatınızda diqqət mərkəzində olmaq istəyə bilərsiniz. Məsul olduğunuz məsələlərdə daha çox tənzimləmələr etməlisiniz. Gün ərzində sakit olmağınızı tələb edən hadisələrlə qarşılaşacağsınız. Axşam saatlarında yaradıcılığınızdan istifadə edəcək birdən çox işə diqqət ayıracaqsınız.

 

Əkizlər 

 

Gün ərzində üfüqlərinizi genişləndirməyə həvəsli olacaqsınız. Yeni şeylər öyrənəcəyiniz bir gündəsiniz. Sevdiklərinizlə səyahətlər planlaşdıra bilərsiniz. Məsul olduğunuz işlərdə intensivliyiniz arta bilər.

 

Xərçəng 

 

Yeni təcrübələr əldə edəcəyiniz bir gündür. Sevdiklərinizlə zaman keçirməkdə fayda var. Maddi baxımdan artım əldə edəcəksiniz.

 

Şir 

 

Gün ərzində ikitərəfli münasibətləriniz gündəminizi zəbt edə bilər. Həyat yoldaşınızla bağlı məsələləri həll edə biləcəyiniz bir dövrdəsiniz. Reaksiyalarınızda diqqətli olmalısınız. Səhər saatlarında daha çox münaqişəyə meyilli olacaqsınız. Özünüzü daha yaxşı ifadə etməli olduğunuz bir gündəsiniz.

 

Qız 

 

İş həyatınızla bağlı məsələlərdə daha çox gündəmdə olacaq. Səhər saatlarında ünsiyyətlə bağlı problemlərə diqqət yetirmək faydalı olardı. Detallarla işləmək sizi yora bilər. 

 

Tərəzi

 


Gün ərzində zövq aldığınız mövzulara diqqət ayıra bilərsiniz. Sizi əsəbiləşdirən, narahat edən insanlardan uzaq durmaq faydalı olardı. Yaradıcılığınızı ön plana çıxara bilərsiniz. Eşq həyatınız gündəminizə təsir edə bilər. 

 

Əqrəb 

 

Səhər saatlarında evdə baş verə biləcək qəzalara diqqət yetirməkdə fayda var. Ailə məsələləri ilə məşğul ola bilərsiniz. Sizə meydan oxuyacaq mövzulardan uzaq durmağa diqqət edin. Axşam saatlarında birdən çox işlə məşğul olma ehtimalı var.

 

Oxatan 

 

Bu gün yaxın ətrafınızla bağlı məsələlər gündəminizə təsir edə bilər. Kommersiya məsələlərində yeni inkişaflar ola bilər. Anlaşılmazlığın yaratdığı problemləri qabartmamağınız faydalı olardı. 

 

Oğlaq 

 

Bu gün diqqətinizi istedadlarınızdan istifadə edəcək işlərə yönəldə bilərsiniz. Məsul olduğunuz işi düzəltmək üçün gərgin tempə girəcəksiniz. Başqalarından alacağınız dəstək sizə təsəlli verəcək. Riskli məsələlərdə diqqətli olmanız faydalı olardı.

 

Dolça 


Səhər saatlarında şəxsən sizin üçün həssas olan məsələlərdə daha reaktiv ola bilərsiniz. Fiziki sağlamlığınıza diqqət yetirməlisiniz. Gün ərzində yeni başlanğıclar etmək istəyə bilərsiniz. Pul xərcləmək üçün yaxşı gün deyil.

 

Balıqlar 


Bu gün bəzi səbəblərə görə əsəbləşə bilərsiniz. Yaxın ətrafınızla ünsiyyətinizə fikir verməyiniz faydalı olardı. Xırda mübahisələr yarana bilər. Bilmədiyiniz məsələlərə görə özünüzü narahat hiss edəcəyiniz bir gündəsiniz. Daxili dünyanıza qayıda bilərsiniz.

 

Fidan Hacızadə

Избранный
16
sfera.az

1Источники