RU

Kosmosda qalan astronavtlar haqqında Baydenə qarşı tənqidlər davam edir

Keçmiş astronavt Clayton Anderson da iki astronavtın ABŞ-da Beynəlxalq Kosmik Stansiyada (BKS) aylarla qapalı qalması ilə bağlı keçmiş prezident Co Baydenə ünvanlanan tənqidlərə qoşulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Anderson "The New York Post" qəzetinə verdiyi açıqlamada 9 aydır ISS-də qapalı qalan NASA astronavtları Suni Williams və Butch Wilmore-un hələ də geri qaytarılmamasının səbəbinin 5 noyabr 2024-cü il prezident seçkilərində risk etmək istəməyən ABŞ-nin keçmiş prezidenti Co Bayden olduğunu bildirib.

"Mənim fikrimcə, onlar qələbə çalmağa çalışdıqları seçkidən dərhal əvvəl fəlakətin baş verməsini istəmirdilər, ona görə də astronavtlardan fədakarlıq etməyi və orbitdə qalmalarını istədilər", - deyə o bildirib.

Избранный
25
operativmm.az

1Источники