Bakı. Trend:
Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiq edilən Havadaşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramının maliyyələşdirilməsi üçünmənbələr məlum olub.
Trend xəbərverir ki, Dövlət Proqramında qeyd edilən tədbirlərin icrasınıntəmini üçün tələb olunan xərclər müvafiq illər üzrə AzərbaycanRespublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları(qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait,kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə dəqanunla qadağan olunmayan digər mənbələr hesabınamaliyyələşdirilir.