RU

Ermənistan ordusu yeni SAVAŞA hazırlaşır?- Cənubi Qafqazda olduqca təhlükəli vəziyyət yaranıb

“Son vaxtlar Nikol Paşinyan hakimiyyətinin davranışları olduqca müəmmalıdır. Çünki faktiki olaraq ABŞ və Qərbin dəstəyini itirməkdə olan rəsmi İrəvan çıxış yolları axtarır”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, İrəvanın Qərbə inteqrasiya siyasəti iflasa uğrayıb:

“Rusiya ilə münasibətlər korlanıb. Bununla da Ermənistan təklənməyə başlayaraq Cənubi Qafqazda geopolitik labrintə düşüb. Bu geopolitik labrintdən çıxmaq üçün Ermənistan hər variantı sınaqdan keçirmək niyyətindədir. Bəzi ehtimallara görə, Paşinyan hakimiyyəti Azərbaycanla Ermənistan arasında həm qısamüddətli də olsa hərbi münaqişəni, silahlı toqquşmaları ön plana çıxartmaqla, həm də bu istiqamətdə siyasi manipulyasiyalar etməklə, ABŞ və Qərbin diqqətini öz üzərinə çəkmək istəyir. Rəsmi İrəvan ümid edir ki, Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalar baş verərsə, bu halda həm ABŞ, həm də Avropa Birliyi Ermənistana əvvəlki dəstəyi bərpa edə bilər, beynəlxalq diqqətin yüksək səviyyəyə çatdırılmasına nail ola bilər. Belə anlaşılır ki, son vaxtlar Ermənistan ordusunun hərbi təxribatları məhz bu məqsədlərə xidmət edir”.

E.Xalidbəylinin sözlərinə görə, müşahidələr və məlumatlar da onu təsdiqləyir ki, Ermənistan ciddi şəkildə yeni savaşa hazırlaşır:

“Bu savaşın rəsmi İrəvan üçün beynəlxalq dəstək qazanma vasitəsi kimi görüldüyü ehtimal olunur. Ona görə də hesab etmək olar ki, hazırda Cənubi Qafqazda olduqca təhlükəli situasiya yaranıb fvə bu regionda yeni savaşın başvermə ehtimalı kifayət qədər yüksəkdir. Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan olduqca təhlükəli bir oyun oynayır. Çünki başı Ukrayna savaşının dayandırılması prosesi ətrafında yaranmış qəliz situasiyaya qarışmış ABŞ və Qərb indiki mərhələdə Ermənistana ümid etdiyi diqqəti göstərməyə bilər. Bu hal da Ermənistan üçün gələcək mövcudluq baxımından ciddi problemlər yarada bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
17
editor.az

1Источники