Rusiya qoşunları Kursk vilayətində 5 yaşayış məntəqəsinə nəzarəti bərpa edib.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hücum əməliyyatları zamanı “Şimal” qüvvələri qrupunun bölmələri Kazaçya Loknya, 1-ci Knyajı, 2-ci Knyajı, Zamostye və Mirnı yaşayış məntəqələrini azad edib”, - deyə bildirilib.
Qeyd edək ki, Ukrayna ordusu ötən ilin avqustunda Kursk vilayətinə hücum edib.
Daşqın HəsənovMissiya.Az