RU

Arteta PSV ilə cavab oyununa məşq gözü ilə baxır?

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/8 finalının evdə PSV ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Sırada olan bütün oyunçularımın əlçatan olacağını düşünürəm. Nəyisə yaxşılaşdırmaq üçün həmişə imkan var. Biz isə son oyunlarda yaxşılaşda biləcəyimiz çoxsaylı vəziyyətlər haqda danışmışıq. UEFA Çempionlar Liqası – bizim, ilhamla yanaşdığımız bir yarışdır. PSV üzərində ikinci qələbə, bizi maraqlı vəziyyətə gətirib çıxara bilər”, deyə Mikel Arteta bildirib.

“Arsenal” – PSV oyunu bu gün, martın 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (13 mart) başladacaq.

Xatırladaq ki, Eyndhovendə keçirilmiş ilk oyunda “topçular” “kəndçilər”i 7:1 hesabı ilə darmadağın ediblər. Buna görə Londondakı cavab oyunu formal bir xarakter daşıyır.

Избранный
15
arena.az

1Источники