RU

Məşhur aktyorlarla bağlı istintaq başa çatdı

Türkitədə “Gəzi Parkı” hadisələri ilə bağlı “şahid” qismində ifadə verən məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu haqqında “yalançı şahidlik” cinayəti ilə bağlı aparılan istintaq başa çatıb. 

“Cebheinfo.az” xəbər verir ki, hazırlanan iddianamədə 2 şübhəlinin 4 ilə qədər həbsə məhkum edilməsi tələb olunur. 

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun başlatdığı istintaqda “şahid” qismində məşhur aktyorlar Halit Ergenç, Bergüzar Korel, Mehmet Günsur, Ceyda Düvenci, Nejat İşler, Rıza Kocaoğlu və Nehir Ərdoğan ifadə verib.

Bildirək ki, “D Danışmanlık” şirkətinin qurucusu və ortağı menecer Ayşe Barım “Gəzi Parkı” hadisələrinin planlayıcısı olduğu səbəbilə saxlanılıb və daha sonra “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdə köməklik etmək” ittihamı ilə həbs edilib. 

Избранный
9
cebheinfo.az

1Источники