RU

"Atletiko"nun futbolçusu 5 matçlıq cəzalandırılıb

"Atletiko" ötən həftə sonu səfərdə "Xetafe" ilə La Liqa matçı keçirib. 88-ci dəqiqədə döşəkçilərin hücumçusu Anxel Korrea kobud qayda pozuntusuna görə qırmızı vərəqə alıb, bundan sonra hakimi kobud şəkildə təhqir edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, nizam-intizam komitəsi Korreanı beş oyunluq cəzalandırıb.

Futbolçu kartın özünə görə bir oyunluq diskvalifikasiya alıb, daha dördü isə hakimə söylədiyi sözlərə görədir.

Избранный
19
operativmm.az

1Источники