RU

Unai Emeri: “Futbolda nə desəniz, baş verə bilər”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalının “Brügge” ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bizim komandamız üçün, ikinci oyun ərəfəsində iki qol üstünlüyünə rəğmən, bu qarşılaşmada nəsə dəyişməyib. Futbolda nə desəniz, baş verə bilər. Biz ilk oyundakı qələbəni son dəqiqələrdə qazandıq. Biz, əlavə hissələr oynamağa, hətta penaltilər silsiləsinin ola biləcəyinə də hazır olmalıyıq.

UEFA Çempionlar Liqasında bizim qarşımızda mürəkkəb tapşırıq dayanır. Biz, klubumuz və azarkşelərimiz üçün nəsə vacib bir xüsusa nail olmaq istəyirik. Biz əvvəlki fikrimizə sadiq qalmalıyıq”, deyə Unai Emeri vurğulayıb.

“Aston Villa” – “Brügge” oyunu bu gün, martın 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (13 mart) başladacaq.

Xatırladaq ki, səfərdə keçirilmiş ilk oyunda “şirlər” “Brügge”ni 3:1 hesabı ilə məğlub ediblər.

Избранный
14
arena.az

1Источники