İran, Rusiya və Çin nümayəndələri arasında İslam Respublikasının nüvə proqramı üzrə martın 14-də üçtərəfli görüş olacaq.
“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai martın 12-də jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, görüş Pekində xarici işlər nazirləri müavinlərinin iştirakı ilə keçiriləcək.
Görüşdə tərəflər İranın nüvə proqramına dair fikir mübadiləsi aparacaq.