RU

Azərbaycan millisinin oyunları onlara tapşırıldı

Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.

Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan hakimlər idarə edəcək.

Qeyd edək ki, hər iki matç saat 21:45-də başlayacaq.

22 mart
21:45 Azərbaycan - Haiti
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)

25 mart
21:45 Azərbaycan - Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

Избранный
25
16
publika.az

10Источники