RU

Saturn ətrafında 128 yeni peyk kəşf edilib

Saturn

Alimlər Saturn ətrafında fırlanan və əvvəllər məlum olmayan 128 peyk kəşf ediblər.

Reyting.az
xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan bu kəşflə Saturnun məlum peyklərinin sayı 274-ə çatıb. Beləliklə, 95 peyki ilə Yupiter geridə qalıb.

Tayvandakı Akademiya Sinicanın astronomu Edvard Eşton deyib: “Biz bu obyektlərin yəqin ki, aylar olduğunu bilirdik və kəşf ediləcək daha çox şey ola biləcəyini düşündük. Buna görə də 2023-cü ildə üç ay ərzində eyni səma bölgələrini yenidən müşahidə etmişik”.

V. QULİYEV
Избранный
38
4
reyting.az

6Источники