Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında 12 gün qeyri-iş günü olacaq.
Bu barədə Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarında qeyd olunub.
Bildirilib ki, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib.
Beləliklə, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.
Bayram tətilindən sonra ilk iş günü 1 aprel tarixidir. (metbuat.az)
Milli.Az