Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üçün 4-cü iclası keçirilib və təxminən 100-ə yaxın müraciətə baxılıb.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.
O bildirib ki, iclasda yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb.
"İclasda hər bir müraciət əsasında qərarlar qəbul olundu. Komissiya öz işini davam etdirəcək", - deyə o əlavə edib.